DÜNYA 2020.09.15 19:36

İtaliya mətbuatı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırmasından yazıb

45

İtaliyanın “Politicamente Corretto”, “Giornale Diplomatico” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistanın son günlərdə xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirməsi haqqında yazılar dərc edilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən  verilən xəbərə görə, yazılarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq mətbuat açıqlamalarına istinadən fikirlər əksini tapıb.

Yazılarda Ermənistanın Livanda baş vermiş məlum hadisələrdən özünün mənfur məqsədləri naminə sui-istifadə etdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin əslində Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirmə məqsədi daşıdığı bildirilərək köçürülmüş insanların silahlı muzdlular kimi də istifadə edildiyi qeyd olunub. Yazılarda bu qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsinin olmadığı, Azərbaycanın onun nəticələrini tamamilə rədd etdiyi və Ermənistan tərəfindən aparılan sözügedən qeyri-qanuni məskunlaşmanın müharibə cinayəti olduğu diqqətə çatdırılıb. Habelə yazılarda bu qanunsuz fəaliyyətin işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasının bariz nümunəsi olduğu bildirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı