CƏMİYYƏT 2020.10.13 13:19

İtaliyada Ermənistanın təxribatlarına qarşı aksiya keçirilib

65

İtaliyanın Milan şəhərində Ermənistanın işğalçı siyasətinə etiraz və müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Milan şəhərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Azərbaycan bayrağının dalğalandığı aksiyada “Qarabağ Azərbaycandır!”, “Ermənistana inanmayın!”, “Ermənistanın təcavüzünə son qoyulsun!”, “Gəncə üçün dua edək” şüarlarının yazıldığı plakatlar nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev işğalçı Ermənistanın ölkəmizə 27 sentyabr hücumundan, Azərbaycan ordusunun buna cavab olaraq özünümüdafiə və ərazi bütövlüyü hüquqlarını həyata keçirdiyini bildirib. Faşist mahiyyətli dövlətin xalqımıza qarşı törətdiyi vəhşiliklərə, vandalizm aktlarına diqqəti cəlb edən soydaşımız Ermənistan tərəfinin bilərəkdən və xaincəsinə Azərbaycanın ikinci şəhəri olan Gəncəni raket atəşinə tutmasını amansız terror aktı kimi qiymətləndirib.

Aksiya iştirakçıları dünya birliyini torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləməyə çağırıblar.

Eyni zamanda, Azərbaycan həqiqətlərini İtaliya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq üçün İtaliya-Azərbaycan Birliyinin rəhbəri Fərid Abbasov və Roma şəhərində yaşayan soydaşımız Məryəm Mehdiyeva “Roma Capitole” radiosunun qonağı olublar. Verilişdə Ermənistanın 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təxribatlar törətdiyi və mülki əhalini raket atəşinə məruz qoyduğu nəzərə çatdırılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı