DÜNYA 2020.03.24 07:30

İtaliyada virusa yoluxanların və ölənlərin sayı azalır

313

İtaliya cəmiyyəti koronavirusa əsl müharibə elan edib. Mübarizə nəticə verməyə başlayıb.

İtaliyada virusa yoluxanların və ölənlərin sayında azalma müşahidə olunur. Srağagün koronavirusa yoluxma sayı 6500-ü keçmişdisə, dünən 5560 nəfərin testi müsbət nəticələnmişdi. Bu gün isə say 4789-a düşüb.

Elə ölənlərin sayında da azalma var. Gün ərzində İtaliyada cəmi 601 nəfər həyatını itirib. Halbuki son üç gündə daha yüksək göstəricilər qeydə alınırdı.

İndiyə qədər İtaliyada 63 min 927 nəfər virusa yoluxub. Onlardan 6077-si həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, dünyada virusa yoluxanların sayı 367 minə yaxınlaşır. Cəmi 16098 nəfər həyatını itirib.

Bizimyol.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı