ƏSAS SƏHİFƏ

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə təlim keçirilib

144

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksində bu gün təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təlimə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumları, canlı qüvvə və texnikası cəlb olunub.

İdman yarışları keçiriləcək obyektdə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması məqsədi ilə keçirilən təlimdə yanğın təhlükəsizliyinin təmin olunması, tamaşaçıların təxliyyə olunması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyatlar həyata keçirilib.

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı