CƏMİYYƏT 2020.10.31 23:58

İzmirdə zəlzələ nəticəsində 37 nəfər həlak olub – Ərdoğan

47

İzmir şəhərində baş verən zəlzələ nəticəsində indiyədək 37 nəfər həlak olub.

Bunu bu gün İzmirin Seferhisar rayonuna gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti qeyd edib: “Hazırda 37 həlak olan və 885 yaralımız var. Dağıntılar altından çıxarılan vətəndaşlarımızın sayı 103-dür”.

Ərdoğan əlavə edib ki, yaralılardan 667-si xəstəxanadan evə buraxılıb:

“218 vətəndaşın müalicəsi davam edir. 8 nəfər reanimasiyadadır. Üç nəfərin vəziyyəti ağırdır”.

Türkiyə lideri bildirib ki, 88 ölkənin rəhbər şəxsləri baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı mesajlarını çatdırıblar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı