DÜNYA 2020.10.11 14:45

“Kərəmyan müharibə dövründə fərsizliyinə görə vəzifəsindən azad olunub” – erməni politoloqlarının rəyi

20

Xəbər verildiyi kim, bu ilin oktyabrın 8-də Ermənistan prezidenti baş nazir Nikol Paşinyanın təqdimatı ilə ölkənin Milli təhlükəsizlik xidmətinin rəhbəri Argişti Kərəmyanı istefaya göndərib.

Qeyd etmək lazımdır ki, o, bu vəzifəyə cəmi 4 ay əvvəl təyin olunmuşdu.

Bundan başqa, Ermənistan baş naziri Xankəndində erməni ordusu içərisində ruh düşkünlüyü yaradan təbliğatçılar qrupunun həbs edildiyini bildirmişdi.

Musavat.com “Kavkazskiy uzel” saytına istinaədn xəbər verir ki, düşmən ölkənin politoloqları bu istefanı həmin vəzifə üçün gənc sayılacaq A.Kərəmyanın bir çox problemi həll edə bilməməsi ilə əlaqələndiriblər.

Bunu “Orakarq” informaisya-analitik portalının baş redaktoru Armen Vardanyan da təsdiqləyir.

Onun sözlərinə görə, bir qrup insan Paşinyan hakimiyyətinin əraziləri (işğal olunmuş-red.) təslim edəcəyi barədə ermənilər içində ciddi təbliğat işi aparıblar. Lakin A.Kərəmyanın rəhbərlik etdiyi qurum bu kampaniyanın qarşısını ala bilməyib və buna görə də öz postundan uzaqlaşmalı olub.

Armen Vardanyanın fikrincə, Nikol Paşinyan bununla “vətən xainliyində suçlanmasının bir diversiya olduğu” barədə sıravidən generala qədər bütün ordu mənsublarına mesaj verib.

Bundan başqa, erməni politoloq Argişti Kərəmyanın peşəkar kadr olmadığına, daha çox əməliyyatçı kimi fəaliyyət göstərdiyinə diqqət çəkib.

“Lragir.am” saytının analitiki Akop Bədəlyan da MTX direktorunun istefasını “satqınlarla” bağlı həyata keçirilən cinayət təqibləri ilə əlaqələndirib. Onun bildiridyinə görə, əslində A.Kərəmyanın təyinatı N.Paşinyan tərəfindən gənc və özünə tam sadiq kadrların dövlət strukturlarına yerləşdirilməsi baxımından uzunmüddətli perspektivdə bir strategiya olaraq düşünülüb. Lakin müharibə vəziyyətində bu cür insanlaırn təcrübəsizliyi onların başqaları ilə əvəz olunması zərurətini yaranıb.

Siyasi analitik Boris Navasardyan da onun fikri ilə razılaşıb. B.Navasardyan Nikol Paşinyanın “xainlərin” olduğu barədə bəyanatla A.Kərəmyanın bir sonrakı istefasının təsadüfi olmadığını söyləyib.

musavat.com

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı