KRİMİNAL 2020.05.02 13:00

Karantin qaydalarını pozan daha 694 sürücü saxlanılıb

31

Karantin rejimi qaydalarını pozan daha 694 sürücü saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 01.05.2020-ci il saat 00:00-dan 02.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 694 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 45 445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı