DÜNYA 2020.05.02 02:43

Karantində acından ölənlər qapısından qırmızı bayraq asır – Görüntülər

91

Kolumbiya karantin günlərini çox ağır keçirən ölkələrdəndir. Əhalinin böyük hissəsi ciddi aclıq çəkir.

Dialoq.info Bizimyol.info-ya istinadən xəbər verir ki, Kolumbiyada karantin vaxtı acından ölənlər, evində yeməyə heç nə olmayanlar qapısından qırmızı bayraq asır. Xüsusi bayraq almağa ehtiyac yoxdur, qırmızı rəngdə köhnəlmiş paltar parçası, əsgi də asmaq mümkündür. Bu halda evin qarşısından keçənlər, dövlət orqanlarının nümayəndələri xəbər tutur ki, sakinin yeməyə heç nəyi yoxdur.

“Euronews”a danışan Oskar Çilatra deyib ki, onsuz da daimi işi yox idi, indi vəziyyət lap pisləşib: “Uzağı gündə iki dəfə yeyirik. Hərdən cəmi bir dəfə yeməklə kifayətlənirik. Buna görə də ya hökumətin, ya da adi adamların köməyinə ehtiyacımız var. Qoy qırmızı əsgini görüb reaksiya versinlər”.

Xose Telyedor qorxur ki, karantin müddəti uzadıla bilər: “Nə edəcəyik? Mən oğurluğa gedən deyiləm. Kömək üçün kimə müraciət etməli olduğumuzu da bilmirəm”.

Paytaxt Boqotada belə, vəziyyət çox ağırdır. İş tapmaq mümkün deyil. İnsanlar evdə nə varsa, götürüb, bir yerdə yemək bişirirlər. Beləcə, heç kimin acından ölməməsinə çalışırlar.

Hüquq müdafiəçisi Vilder Andrey Telyes hökumətin insanların köməyinə gec gəldiyini bildirir. Onun sözlərinə görə, izolyasiya tədbirlərindən bir ay sonra hakimiyyət nümayəndələri müəyyən ərzaq paylamağa başlayıb: “Göstərirlər ki, belə situasiyaya hazır deyillər”.

Kolumbiyada karantin günlərində cinayətkarlığın səviyyəsi, zorakılıq halları artıb.

Paylaş »
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı