DÜNYA 2020.03.26 02:53

Karantində sıxılan gənc qız özünü öldürdü

377

Koronavirusa görə karantinə alınacağından qorxan gənc intihar edib.

The Sun xəbər verir ki, izolyasiya qaydalarına tab gətirə bilməyəcəyini düşünən 19 yaşlı qız özünü öldürüb.

Ofisant işləyən Emily Owen adlı qız xəstəxanada canına qəsd edib. İngiltərənin Norfolk qraflığında böyüyən Emili intiharından bir gün əvvəl dostu ilə yazışarkən intihar mesajı verib. Dörd divar arasında qalmaqdan sıxılan Emili Planlarının alt-üst olmasından gileylənib.

Qeyd edək ki, Britaniyada 8077 nəfər koronavirusa yoluxub. Onlardan 422 nəfəri ölüb.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 425059 nəfər yoluxub. 18944 nəfər bu virusdan ölüb, 109225 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

Milli.Az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı