ƏSAS SƏHİFƏ

“Karyeraya aparan YOL” (Ödənişsiz)

641

Gənclərin işə qəbul prosesində qarşılaşdığı əsas problemlər CV hazırlanması və müsahibə mərhələsi ilə bağlıdır. Bunu nəzərə alaraq DipClub tələbələrimizin düzgün CV tərtib etmə, özünü müsahibə mərhələsinə hazırlama ilə bağlı məlumatlandırılması üçün sizi “Karyeraya aparan YOL” adlı təlimə dəvət edir!

Təlimdə toxunulacaq mövzular:
1-ci hissə – Qüsursuz CV
CV nədir?
Onun strukturu, tərtibatı necə olmalıdır?
Sizin CV-niz özünəməxsusdurmu?
CV-lərdə ən çox yol verilən 5 xəta.
Müşayiət(motivasiya) məktubu necə yazılmalı?
Effektiv iş axtarışı.
2-ci hissə – Uğurlu müsahibə
Müsahibə nədir və hansı formada təşkil olunur?
Müsahibəyə necə hazırlaşmalı?
Müsahibələrdə ən çox soruşulan suallar.
Müsahibədə verilən ən çətin 5 sual və “Denham cavabları”.

Təlimçi: Tural İsmayılzadə

Dövlət İdarəçilik Akademiyası, Beynəlxalq münasibətlər, 3-cü kurs tələbəsi. Hal-hazırda www.mycv.az portalının “Strateji araşdırmalar” meneceri kimi fəaliyyət göstərir və karyera, fərdi inkişaf, effektiv iş axtarışı və digər əlaqəli mövzularda təlimlər keçir.Tural İsmayılzadə eyni zamanda klubumuzun İT meneceri kimi də fəaliyyət göstərir.

Qeydiyyatdan keçmək üçün aşağıdakı formanı doldurmağınız lazımdır:https://docs.google.com/forms/d/1mrN_h5614EOKXtzXRdYBYyfSR3sdKco6kXGYpomLYxU/viewform

Son qeydiyyat tarixi: 7 noyabr 2014-cü il

Təlimin təşkilində göstərdiyi dəstəyə görə www.mycv.az saytına təşəkkürlər.

Əlaqə telefonu: 051-786-44-16
Fb qrupu: https://www.facebook.com/groups/Dip.Club/

Qeyd: Təlim yalnız DİA tələbələri üçün nəzərdə tutulmuşdur və tam ödənişsizdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı