DÜNYA 2020.07.10 02:09

Kassirin səhvi pensiyaçını – Milyonçu Etdi

97

Kanadalı pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.

82 yaşlı Kombermer sakini “Lotto 6/49” lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona “Lotto Max” bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. O, uduşu sənədləşdirərkən kassirə bəxşiş verdiyini deyib.

“Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim”, – deyə pensiyaçı etiraf edib.
Eyni zamanda, məlum olub ki, Maykl Battın qardaşı da 1980-ci illərin sonlarında lotereyada 3,5 milyon Kanada dolları udubmuş.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı