İDMAN 2020.05.22 10:08

Kavani karyerasını İtaliyada davam etdirə bilər

18

“İnter” PSJ-nin hücumçusu Edinson Kavani ilə danışıqlar aparır.

“İnter” ilk olaraq Dris Mertenslə maraqlanırdı. Lakin belçikalı forvard son anda “Napoli” ilə müqavilə yeniləmək qərarına gəldi. Digər tərəfdən, “Layptsiq” Timo Vernerə görə 50 milyon avrodan artıq ödəniş tələb edib. Nəticədə “neradzurri” diqqətini Kavaninin transferinə yönəldib.

Corriere dello Spor xəbər verir ki, “İnter” uruqvaylı futbolçuya ikiillik müqavilə və mövsüm başına 5 milyon avro məvacib təklif edib. Kavani PSJ-də ilinə 15 milyon avro qazanır. Lakin onun 33 yaşında olduğunu və koronavirus pandemiyası ilə əlaqədar böhran vəziyyətinin yarandığını nəzərə almaq lazımdı.

2019-20 mövsümündə PSJ forması ilə 22 matçda meydana çıxan Kavani 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı