DÜNYA

Keçmiş DTK-çınin oğlu Böyük Britaniyada Lordlar palatasının üzvü ola bilər

Rus əsilli iş adamı, “The Evening Standard” və “The Independent” qəzetinin təsisçisi Yevgeni Lebedev Böyük Britaniya kraliçası II Elizabetin ömürlük per (zadəgan) titulu bəxş edəcəyi 36 adamın arasında yer ala bilər.

Xarici agentliklərin xəbərinə görə, bununla bağlı “Forbes” jurnalında məlumat yayılıb.

“The Guardian” qəzetinin xəbərinə görə, kraliçanın bu qərarı hər kəs üçün gözlənilməz olub. Mətbuat burada Y.Lebedevin baş nazir Boris Consonlla dostluğunun xüsusi rol oynadığını qeyd edir.

Hələ 2018-ci ildə Boris Conson xarici işlər naziri olanda media rus əsilli biznesmenin Boris Consonun evinə gedə biləcək dərəcədə ona yaxın olduğunu yazırdı. Son seçkilərdə qələbədən sonra hazırkı baş nazir 36 yaşlı iş adamının 60 yaşlı atası, heçmiş DTK işçisi Aleksandr Lebedevin 60 illik yubileyinə həsr olunmuş ziyafətdə iştrak edib.

Böyük Lebedev 2015-ci ilə qədər Rusiyanın ən varlı adamlarının siyahısında yer alıb. 2009-cu ildə o, Böyük Britaniyanın tarixi “The Evening Standard” və “The İndependent” qəzetlərinə sahib olub. İki qəzet də həmin vaxt ziyanla işlədiyi üçün satınalma baha başa gəlməyib. “The Evenng Standart” üçün A. Lebedev 8 milyon funt, “The İndependent”ə görə isə rəmzi olaraq 1 funt ödəyib.

Rusiyalı biznesmendən başqa siyahıda Boris Consonun qardaşı, onunla “Brexit” məsələsinə görə “dalaşıb” hökumətdən ayrılan Co Conson, keçmiş maliyyə nazirələri Filip Hammond və Ken Klark, habelə keçmiş baş nazir Tereza Meyin həyat yoldaşı Filip də yer alıb. Hazırda Lordlar Palatasının 773 üzvü var.

Musavat.com

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı