İQTİSADİYYAT 2020.11.02 13:00

Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkə KOBİA-ya məktub göndərib

40

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sahəsində fəaliyyət göstərən beynəlxalq tərəfdaş qurumlara və üzv olduğu təşkilatlara Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı və bu təxribat nəticəsində mülki əhalinin həlak olması və yaralanması, infrastruktura və sahibkarlıq subyektlərinə dəymiş ziyan barədə müraciət ünvanlayıb.

KOBİA-dan bildirilib ki, agentliyin üzvü olduğu və mənzil-qərargahı İtaliyada yerləşən Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkədən (INSME) daxil olmuş məktubda təşkilatın hadisələri kütləvi informasiya vasitələrindən izlədiyi, atəşkəsin pozulmasından və Gəncə şəhərində baş verənlərdən təəssüfləndiyi bildirilir. INSME-nin məktubunda, həmçinin sahibkarlığın müharibə zamanı deyil, sülh şəraitində inkişaf etdiyi və müharibədən ziyan çəkmiş KOB-lara dəstəyin göstərilməsinin vacibliyi vurğulanır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı