CƏMİYYƏT 2021.03.02 10:46

Kiyevdə Xocalı soyqırımı qurbanları yad edilib

33

Ukrayna Azərbaycanlıları Radasının (UAR) bir qrup üzvü ölkəmizin Kiyevdəki səfirliyinin önündə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı təşkil olunmuş anım guşəsini ziyarət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, UAR-ın həmsədri Hikmət Cavadov və baş katibi Cəlal Hüseynovun rəhbərliyi ilə təşkilatın üzvləri Azərbaycan səfirliyinin önünə gələrək burada yaradılmış guşəyə gül dəstələri düzüblər və Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir iştirakçıları xalqımızın bu faciəni heç vaxt unutmayacağını bildiriblər. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün israrlı və yorulmaz şəkildə fəaliyyət göstərilməsinin, beynəlxalq birliyin günahkarların cəzalandırılması istiqamətində qətiyyətli addımlar atmasının vacib olduğu vurğulanıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı