ƏSAS SƏHİFƏ

Kök uşaq olmaq sağlamlıq deməkdir ?

634
Valideynlərin bir çoxunda belə bir fikir var ki, uşaq əgər nə qədər kökdürsə, o qədər sağlamdır.Əslində isə köklük uşaqlarda xəstəliklərə bir başa yol açır.Hətta bu hal uşaqlarda zehni funksiyaların pozulmasına səbəb olur.
Bir çox valideyn uşaqlarının arıq olmasından qorxuya düşür, uşaq istəmədikdə belə onu məcbur yedirməyə çalışırlar. Bu da öz növbəsində uşaqda piylənməyə yol açır. Uşaqların toppuş yanaqları, kök və şirin görkəmi valideynləri sevindirsə də əslində bu təhlükəlidir.
Mütəxəsislərin sözlərinə görə piylənmə uşaqlarda hormonal dəyişikliyə də gətirib çıxarır ki, bu da özünü yaddaş pozulması və diqqət problemi ilə biruzə verir.
Piylənmənməyə digər səbəb də hərəkətsizlik və düzgün qidalanmamaqdır.
Uşaqlarda xüsusilə də səhər yeməyinə diqqət yetirilməlidir. Piylənmədən əziyyət çəkənlər fast food kimi hazır qidalardan uzaq durmalı, tərəvəzli qidalar və meyvə yeməli, unlu qidalar və işlənmiş şəkərin daha az yer aldığı pəhriz proqramlarına əməl edilməlidir. İdman vərdiş halına gətirilməli, televizor qarşısında keçirilən vaxt azaldılmalıdır.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı