ƏSAS SƏHİFƏ

“KönüllüSƏN” layihəsi

574

Gəncə şəhərində 12 avqust Beynəlxalq Gənclər Günü Münasibəti ilə yeni layihənin icrasına başlanır. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı, “Gəncə 2016 AGP” və “Coca-Cola” Azərbaycanın tərəfdaşlığı ilə “KönüllüSƏN” layihəsi carı ilin avqust ayını əhatə edəcəkdir. Layihənin əsas məqsədi gənclərə könüllük prinsiplərinin aşılanması, layiqli vətəndaş olmaq istiqamətində könüllülük anlayışının əhəmiyyəti və “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” proqramı üçün könüllülərin yetişdirilməsinə xidmət etməkdir. Layihə çərçivəsində xüsusi hazırlanmış iştirakçı ərizəsi əsasında seçiləcək 50 könüllü olacaq gənc üçün peşəkar təlimçi tərəfindən təlim və seminarlar keçiriləcək.
24-29 avqust tarixlərini əhatə edəcək təlim və seminarlardan əlavə gənclər uğurlu könüllülərlə görüşəcək, onların könüllülük təcrübəsini öyrənəcəklər. Layihədə uğurla iştirak edən gənclərlə könüllük müqaviləsi imzalanacaq və həmin gənclər Gəncə-2016 tədbirlərində könüllü olmaq üçün akkreditasiya əldə edəcəklər. Sonda layihənin təntənəli təqdimat mərasimi keçiriləcək və uğurlu iştirakçılara şəhadətnamələr təqdim olunacaq.
Layihədə iştirak etmək istəyən gənclər 19.08.2015 tarixinədək aşağıdakı linkdən qeydiyyatdan keçsinlər
https://docs.google.com/…/183cvx2FBv69Uca0LYadfa38…/viewform

11836810_520246848141624_6783181097913898768_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı