DÜNYA 2020.03.26 17:44

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

25

Dünyanın 41 dövlətində üç milyard insan bu və ya digər səviyyədə təcrid vəziyyətindədir.

Bu, “Sky News”un hesablamalarından sonra bəlli olub.

Məlumata görə, 1,5 milyard insan sərt karantin vəziyyətindədir. Məsələn, İtaliyada və Avropanın bir sıra digər ölkələrində evdən çıxmaq cərimə ilə nəticələnir.

Bildirilir ki, 35 ölkədə martın sonuna qədər məktəblər bağlanıb. Bir sıra ölkələrdə kütləvi tədbirlər ləğv olunub.

Çində isə son həftə ərzində məhdudiyyət tədbirləri zəifləyib.

ABŞ Con Hopkins Universitetinin son məlumatlarına görə, dünyanın 196 ölkəsində 480,4 min yoluxma halı qeydə alınıb. Yoluxanlardan 115,8 mini sağalıb, 21,5 mini ölüb.

oxu.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı