İDMAN 2020.05.03 10:09

“Klubun da məni buraxacağına inanmıram”

32

Real Madrid-in müdafiəçisi Marselonun Juventus-a keçəcəyi ilə bağlı məlumat yayılıb.

Braziliyalı bu məsələyə münasibət bildirib.

O, “kral klubu”nda qalmaq istədiyini vurğulayıb: “Hələ iki il əvvəl eşitmişdim ki, Juventus-la müqavilə bağlamışam. İnsanlar müxtəlif xəbərlər uydururlar. Amma onu da deyim ki, Juventus azarkeşlərinin bu xəbəri bəyənməsini görməkdən məmnun oldum.

Real-ı tərk etmək istəmirəm. Heç klubun da məni buraxacağına inanmıram. Mənə Madriddə çox yaxşıdır. Ailəm də burda yaşayır və şəhəri bəyənir”.

Sportinfo

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı