CƏMİYYƏT 2020.07.08 14:06

Koronavirusa yoluxan deputat evə buraxıldı

60

Milli Məclisin koronavirusa yoluxan deputatı Sahib Alıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Deputat iki həftə ev şəraitində karantində qalacaq.

Qeyd edək ki, S.Alıyev iyunun 20-də koronavirusa yoluxduğunu bildirmişdi.

Bundan sonra S.Alıyev “Yeni klinikaya” yerləşdirilmişdi.

S.Alıyevin koronavirusa yoluxmasından sonra Milli Məclisin bütün deputatları analiz vermişdilər.

Lakin onlardan heç birinin nəticəsi pozitiv çıxmamışdı.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı