İDMAN 2020.03.26 12:14

Koronavirusa yoluxan Fatih Terimdən açıqlama: “Bu, bir imtahandır”

22

Koronavirusa yoluxduğu üçün hazırda karantində olan “Qalatasaray”ın baş məşqçisi Fatih Tərimin səhhəti ilə bağlı danışıb.

Bu haqda mütəxəssis tvitter hesabı üzərindən paylaşım edib.

Onun sözlərinə görə, “Gözəl və özəl duyğular içindəyəm. Hər duanı ürəyimdə hiss edirəm. Bu, hamımız üçün bir imtahandır. Gözəl diləklərinizlə qalib gələ biləcəyimiz bir imtahandır. Yaxşıyam. İnşallah, daha da yaxşı olacağam. Hər birinizə ürəkdən təşəkkür edirəm”.

Qeyd edək ki, 23 mart tarixində Fatih Tərim koronavirusa yoluxması barədə məlumatı da tvitterdə yazmışdı: “Bugünkü testlərimin nəticəsi müsbət oldu. Narahat olmayın, xəstəxanada etibarlı əllərdəyəm. Tezliklə görüşərik”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı