CƏMİYYƏT 2020.11.26 11:09

Koronavirusa yoluxanlar üçün 25 xəstəxana ayrılıb

32

Koronaviruslu xəstələrin müalicəsi üçün 25 pandemik xəstəxana ayrılıb.
Bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış məlumat verib. O bildirib ki, COVID-19 xəstələri üçün ayrılan xəstəxanalar həm Bakı, həm də regionlar üzrə fəaliyyət göstərir. Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 102 min 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 66 min 963 nəfər müalicə olunaraq sağalıb, 1224 nəfər vəfat edib. Aktiv xəstə sayı 34209 nəfərdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı