DÜNYA 2020.10.18 09:50

Koronavirusa yoluxanların sayı 40 milyona çatır

22

Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir. Azvision.az “Worldometers” portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 39 milyon 959 min 336, pandemiya qurbanlarının sayı isə 1 milyon 114 min 633 nəfərə çatıb.

İndiyədək 29 milyon 890 min 60 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 210-dan çox ölkədə qeydə alınıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı