DÜNYA 2021.01.22 09:09

Koronavirusa yoluxanların sayı 98 milyonu ötdü

60

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 98 milyon 89 min 877 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 100 min 404 nəfərdir. İndiyədək 70 milyon 467 min 972 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı