MEDİA VƏ QHT 2020.03.26 21:31

Koronavirusinfo.az-a haker hücumu

156

Koronavirusinfo.az saytına haker hücumu olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün saat 15:30 radələrində Operativ Qərargah tərəfindən yaradılmış www.koronavirusinfo.az məlumat portalına haker hücumu olub.

Texniki heyət tərəfindən hücumun qarşısı alınsa da, portalın fəaliyyətində bəzi texniki problemlər yaranıb.

Qısa müddətdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, hazırda portal normal iş rejimində fəaliyyətini davam etdirir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı