SAĞLAMLIQ 2020.02.27 13:04

Koronaviruslu şəxsin Azərbaycandan keçməsi və ünsiyyətdə olduğu hər kəs… – Professordan Şok

229

“Koronavirusa yoluxmuş şəxsin ölkəmizdə olması çox təhlükəlidir”.

Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

 

Həkim bildirib ki, koronavirus digər viruslar kimi kontakt yolu ilə keçdiyinə görə yoluxmanın baş verməsi üçün nəfəs yollarına düşməsi yetərlidir:

“Virusa yoluxmuş gürcüstanlı şəxsin İrandan Gürcüstana qayıdarkən 12 saatdan çox ölkə ərazisində olduğunu nəzərə alsaq, bu müddət yoluxdurma üçün yetərli vaxtdır. Ona görə də həmin insanla ünsiyyətdə olan hər kəsin virusa yoluxa biləcəyi danılmaz fakt sayılır. Bu baxımdan koronavirusun Azərbaycana daşınması, burada yayılması mümkündür”.

Professor koronavirusun pik dövrünün arxada qaldığını desə də, gələn ayın təhlükəli olduğunu bildirib: “Martda virus tüğyan edəcək, ancaq pik dövr artıq geridə qalıb”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı