DÜNYA 2020.04.01 07:14

Koronaviruslu xəstələri qarnı üstə yatırırıq ki, boğulmasınlar – Moskvanın məşhur baş həkimi

108
Bu yaxında Rusiya prezidenti Putinin də baş çəkdiyi, hazırda Moskvada koronavirusa yoluxanlar üçün ayrılmış 40 saylı Kommunarka xəstəxanasının baş həkimi “Epidemiya” verilişinə müsahibəsində xəstələri necə müalicə etməsindən danışıb.
Baş həkim reanimatoloq Denis Prosenko xəstələri QİÇS əleyhinə dərmanlar və Nyuton qanunları ilə müalicə etdiyini bildirib.
“Hazırda reanimasiya bölməsində 3 xəstə var. Onları süni ventilyasiya aparatına qoşmamışıq. Bu ən son mərhələdir, xəstələrin bu aparata qoşulması bizim üçün arzuolunan deyil.
Xəstəlik arterial qanda oksigen azalanda kəskinləşir. Bu ona görə baş verir ki, ağciyərlərin böyük bir payı virus zədələnməsinə qoşulur və qana oksigeni daşıya bilmir. Ona görə də boğulma başlayır.
Çin və italyan həkimlərin təcrübəsi göstərdi ki, belə xəstələri arxası üstə yox, üzü üstə, yəni qarnı üstə çevirməklə uzatmaq lazımdır.
Burda Nyuton qanunu işləyir, ağciyərlərdə yığılan mayenin ağırlığını döş qəfəsi və qarına yönəldir, ağciyərlər çox yüklənmir və mayedə boğulmur. Hələ ki, bu metod EKMO-ya qoşulmaqdan xilas edir.
Bizim yardım protokolumuz belə idi: əvvəl oksigen vermək, sonra intubasiya, sonra qarnı üstə çevirmək. Amma biz indi belə etmirik: oksigen verilməsi təsir etmirsə, artıq xəstəni qarnı üstə uzadırıq. Bu zaman traxeyanın intubasiyasına belə ehtiyac qalmır.
Biz bu ardıcıllığı böyük uğurla ilk 2 xəstəmizdə sınamışıq, biri 9 gündür ki, reanimasiyada ağır
vəziyyətdədir. 44 yaşı var, risk qrupuna daxil deyildi. Lakin çox siqaret çəkirdi.
Ağır xəstələrimizi kombinə edilmiş antiretrovirus terapiyası, yəni QİÇS xəstələrinin müalicəsində istifadə olunan preparatlarla müalicə edirik”.
Medicina.az
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı