CƏMİYYƏT 2020.06.30 18:45

Koronavirusu yüngül keçirənlər dərmanla təmin oluna bilər – Rəsmi

25

“Ev şəraitində müalicə simptomsuz və yüngül əlamətləri olan şəxslərə şamil olunur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, simptomsuz xəstələrin müşahidəsi və yüngül simptomlu xəstələrin dərmanları ilə bağlı nəzərdə tutulan məqamlar var:

“Evdə müalicə alan və COVID-19-a yoluxmuş şəxsin aptekə getməsi qəti qadağandır. Bu istiqamətdə yüngül əlamətlərlə xəstəliyi keçirən şəxslərin zəruri dərman preparatları ilə təmin olunması məsələsinə baxılacaq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı