DÜNYA 2021.02.23 17:29

Korotçenko: Ermənilərin Xankəndi təxribatı.

65

Fevralın 20-də Xankəndidə ermənilərin “Qarabağ milli azadlıq hərəkatının ildönümü” münasibətilə “matəm yürüşü” adı altında keçirdikləri tədbir və Rusiya sülhməramlılarının bu tədbiri müşayiət etməsini təsdiq edən erməni KİV-in yaydığı faktlar Ermənistan tərəfinin növbəti təxribatı ola bilər.

Bu barədə Axar.az-a tanınmış rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko danışıb.

Onun sözlərinə görə, erməni KİV-i axmaqlıqla məşğul olur:

“Rusiya sülhməramlılarının bu tədbirlə qətiyyən əlaqəsi yoxdur. Onlar polis və ya idarəetmə fəaliyyətini həyata keçirmirlər, öz vəzifələrini üçtərəfli bəyanata uyğun olaraq yerinə yetirirlər, orada onların funksiyaları dəqiq müəyyən edilir. Ermənilər mərkəzi meydanda özlərini assalar da, sülhməramlı qüvvələrin məsələdə iştirak etməsi, yaxud da qarışması absurddur, çünki onların belə bir mandatı yoxdur. Erməni fəalları kütləvi şəkildə intihar da edə bilərlər, orada axmaqlar çoxdur. Əgər ağıllarını itiriblərsə, Rusiya sülhməramlıları buna görə məsuliyyət daşımır. Bu, erməni cəmiyyətinin problemidir, faşizm və millətçilik ideologiyası onların beyninə hopub”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı