İDMAN 2020.03.26 07:42

Koutinyonun Barcelona-dakı taleyi müəyyənləşdi

25

Barcelona-nın futbolçusu Filippe Koutinyonun komandadakı gələcəyi müəyyənləşib.

Braziliyalı yarımmüdafiəçi Kataloniya klubundan ayrılmayacaq. Hazırda icarə əsasında Bayern Münich-də çıxış edən futbolçu, cari mövsümün sonunda Barcelona-ya qayıdacaq. Katalonlar futbolçunu satmaq istəsələr də, real təklifin olmaması Koutinyonun komandada qalmasına səbəb olub. Koutinyo gələn mövsümün yayınadək Barcelona-da qalacaq.

Barcelona Koutinyonun transfer qiymətini 80 milyon avro olaraq müəyyənləşdirib.

Yarımmüdafiəçinin klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Goal.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı