Kreml Tiflislə əlaqəni bərpa etmək istəyir

74
Moskva Gürcüstanla aviauçuşların yenilənməsində maraqlıdır.
Dialoq.info Axar.az-a istinadən xəbər verir ki, bunu Moskvada Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Nino Burcanadze deyib.
“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılması, iki ölkə arasında aviaəlaqələrin bərpasında maraqlı olduğunu açıqlayıb. Tiflisin Rusiya ilə münasibətlərin normallaşdırılmasına daha məsuliyyətli yanaşma nümayiş etdirməsi vacibdir”, – deyə o bildirib.
Burcanadze Rusiyanın Gürcüstandakı siyasi proseslərə ölkənin daxili işi kimi yanaşdığını açıqlayıb.
Qeyd edək ki, Burcanadze Moskvaya dekabrın 3-də gedib. Onun səfərinin 5 gün davam edəcəyi gözlənilir.
