CƏMİYYƏT 2020.10.18 12:02

Lənkəranda COVİD-19 infeksiyasına qarşı mübarizə gücləndirilir

28

Payız fəslinin gəlişi ilə əlaqədar havaların tez-tez dəyişməsi müxtəlif xəstəliklərlə yanaşı koronavirus epidemiyasının da yenidən baş qaldırmasına rəvac verir. Artıq bəzi xəstələrdə virusa yoluxmanın simptomlarına rast gəlindiyindən rayonun iki kəndində sərt karantin elan olunaraq sosial fəallığa məhdudiyyət qoyulub. Ehali arasında sanitariya təbliğatını gücləndirmək məqsədilə Lənkəran şəhər İcra hakimiyyətinin rəhbərliyi ilə yaradılmış mobil qruplar yenidən səfərbərliyə alınmış, şəhərdə, kənd və qəsəbələrdə, insanların sıx olduğu yerlərdə söhbətlər aparılır və epidemiyadan qorunmaq üçün tətbiq olunan karantin qaydaları, özünütəcridin, maska və digər tibbi mühafizə vasitələrindən müntəzəm istifadənin əhəmiyyəti ətraflı izah olunur. Mobil qrupun üzvləri avtobus dayanacaqlarında, ictimai nəqliyyatda, marketlərdə, mərkəzi bazarda, hərəkətin sıx olduğu yerlərdə reydlər keçirib vətəndaşların özünüqoruma qaydalarına əməl etmə vəziyyətini yoxlayır, qaydalara riayət etməyən şəxslərlə ciddi izahat işi aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı