ƏSAS SƏHİFƏ

“Leqal Debat” layihəsinə yekun verildi

459

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Nərmin Əbilovanın rəhbərliyi ilə həyata keçirilən “Leqal Debat” layihəsinə yekun verildi.

Final mərhələsi 21 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutmuşdur. Müxtəlif mövzularda keçirilən debat turnirlərinin nəticəsi olaraq final mərhələsinə vəsiqə qazanan “PLV” və “Dedim belə deməli belə” komandaları arasında qalibiyyət uğrunda mübarizə getmiş və sonda  hakimlərin qərarı ilə “PLV” komandası qalibiyyətə layiq görülmüşdür.

Sonda ilk 3 yeri tutmuş qalib komandalar hədiyyələrlə və bütün iştirakçılar sertifikatlarla təltif olunmuşdur.

Xatırladaq ki, layihə çərçivəsində gənclərin hüquqa, hüquqi maarifləndirməyə marağının  yüksəldilməsi,  əhəmiyyətli müzakirələr aparılması və problemlərin həlli üçün effektiv qərar qəbul edilməsi bacarıqlarını aşılamaq üçün “Hüquqi düşüncə və hüquq mədəniyyəti” ,“ Natiqlik”, “Legal debatın formatı” adlı təlimlər keçirilmişdir. Təlimlər yekunlaşdıqdan sonra isə iştirakçılar öz bacarıqlarını komanda şəklində iki mərhələdən ibarət olan yarışlarda göstərmişlər.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı