Leyla Əliyeva Dövlət Rəssamlıq Akademiyasında olub

Dövlət Rəssamlıq Akademiyasında təhsil alan fiziki qüsurlu tələbələrin tədris şəraitini yaxşılaşdırmaq üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə işlər həyata keçirilib.

Sentyabrın 15-də Fondun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyasında tələbələrin təhsil şəraiti ilə tanış olub.

Rəssamlıq Akademiyasında fiziki qüsurlu tələbələrin təhsil şəraitinin yaxşılaşdırılmasının, onların istedadının inkişaf etdirilməsinin Heydər Əliyev Fondunun diqqətində olduğu qeyd edilib. Bu baxımdan Fondun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq akademiyada tələbələrlə görüşür, onlara yaradıcılıq barədə tövsiyələrini verir. Bildirilib ki, hazırda fiziki qüsurlu tələbələr üçün akademiyada lift quraşdırılıb və bu, xüsusi qayğıya ehtiyacı olan tələbələrin yuxarı mərtəbələrə rahat qalxıb-düşmələrinə şərait yaradır. Akademiyada, həmçinin fiziki qüsurlu tələbələrə emalatxanada xüsusi şərait yaradılıb.

Bildirilib ki, Dövlət Rəssamlıq Akademiyasında hazırda 30-dək fiziki qüsurlu tələbə təhsil alır. Onlar istedadları ilə seçilir, bu təhsil ocağını müxtəlif beynəlxalq səviyyəli müsabiqələrdə layiqincə təmsil edirlər. Onu da deyək ki, Dövlət Rəssamlıq Akademiyasında təhsil alan fiziki qüsurlu tələbələr Heydər Əliyev Mərkəzində keçirilən sərgilərdə də fəal iştirak edirlər. Ümumilikdə isə yeni tədris ilində akademiyaya 400-ə yaxın tələbə qəbul olunub. Burada təhsil alanlar arasında Türkiyə, Rusiya, Pakistan, Makedoniya və digər ölkələrdən olan ümumilikdə 130-a yaxın xarici tələbə var.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyasının tələbələrinə yeni tədris ilində və yaradıcı işlərində uğurlar arzulayıb.

Akademiyanın müəllim-tələbə kollektivi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya onlara göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

virtualaz.org

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here