ƏSAS SƏHİFƏ

Leyla Hüseynova – Yağ, ey yağış

Leyla Hüseynova

Yağ, ey yağış
Susma bu qədər.
Sən də xəyallarla barış
Ürək sevdiyi qədər.

Yorğun gözlər
Bəlkə yolunu gözlər.
Bəzən də yanılarsan
Incidər səni sözlər.

Həyat bir xəyaldırsa,
Baş rolda qalandırsa.
O,heç qalmaz bunu bil
Sən onu yaşatdınsa.

Dəftərçəmdə o sözlər,
Qəlb qırar, həyat sönər.
Onun bir baxışıyla
Həyatım qəmə dönər.

Yol gedir addımlarla,
Xoşbəxt ölər insanla.
Bədbəxtlik qalib gələr
Həyat qanunlarına.

Öldü insan, bitdi dərd,
Sənə qaldı bu zülmət.
Gəlib gedəndi insan
Həyatda ölər zaman

Bu qədərdir sözlərim,
Səni sevmir gözlərim
Anla artıq bunu bil
Səndə qalmaz ürəyim!

Hüseynova Leyla
BDU tarix fakültəsi

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı