ƏSAS SƏHİFƏ

“Lidersən?! – Fərdi inkişaf təlimi keçirilib

1.1K

22 noyabr  Türkdilli Gənclər Birliyində “Lidersən?! – Fərdi inkişaf təlimi keçirilib. Fəxri Məmmədli tərəfindən keçirilən təlimdə “Xoşbəxt olmaq bacarığı” ,  “Uğurlu karyeranın sirri “, “Məqsədin reallaşdırılması”, “Öz gücünü kəşf etmək və ona inam”,” Vacib və lazım olanı necə ayırmalı?”, “Detal və xırdaçılıq”, “Vaxtı necə idarə etməli?”,” İntriqalar və onların həlli yolları”,”Liderlik yanaşması”,”Niyə könüllü olaq?”, “Biz düşüncəsi “və s mövzular qeyri-formal tədris vasitələrilə gənclərin nəzərinə çatdırılıb.

Dialoq.info-nun məlumatına görə, təlimdə 60-a yaxın fəal gənc iştirak etmişdir. Mövzuyla bərabər gənclərin praktiki  bacarıqları,  komplekslər səddinin aşılması da təlimin əsas  hədəflərində idi. Bu mənada mövzuyla bağlı əyləncəli komanda oyunları keçirilmişdir.

Qeyd edek ki, ekspert Fəxri Məmmədli mütəmadi olaraq “Komanda işi”, “Liderlik”, “Motivasiya”, “Bədən dili”, “Biznes plan”, “Natiqlik” “NLP”, “Marketing planın qurulması”, “Zamanın idarə olunması” , Stresin idarə olunması” və s. təlimləri tədris etməkdə 5 ildən artıq təlimçilik təcrübəsinə malikdir. Müxtəlif  radio və televiziya kanallarında müəllif, aparıcı kimi çalışmış, bir sıra beynəlxalq layihələrin keçirilməsində təşkilatçılıq edib. Fəxri Məmmədli gənclərin inkişafına yönəlmiş müxtəlif layihələrin müəllifidir. Hazırda yerli şirkətlərin birində marketing menecer və Karabakhinfo.com da jurnalist,aparıcı kimi fəaliyyyət göstərir. Qeyd edek ki, Karabakhİnfo.com Qarabağla bağlı 10 dildə məlumat təqdim edən beynəlxalq elektron  jurnaldır.

Təlim Türkdilli Gənclər Birliyinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Məlumat üçün deyək ki, Türkdilli gənclər birliyi gənc nəslin bilik və bacarıqlarının artırılması üçün daima müxtəlif layihələr icra edən təşkilatdır.

Təlim sonunda ekspert Fəxri Məmmədli və Türkdilli Gənclər Birliyinin sədri Sahil Hacıyev  bu tip birgə layihələrin  davamlı olaraq keçiriləcəyini vurğulayıblar.

unnamed unnamed (2) unnamed (3)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı