DÜNYA 2020.09.15 11:48

Livanda məşhur memarın müəllifi olduğu ticarət mərkəzi yanıb

18

Livanın paytaxtı Beyrutun mərkəzi hissəsində güclü yanğın olub.

Trend-in məlumatına görə, yanğın ticarət mərkəzinin binasında başlayıb.

Hadisə nəticəsində binanın fasadına ciddi ziyan dəyib. Xəsarət alanların olmadığı deyilir.

Yanğınsöndürənlər yanğının qarşısını ala bilib.

Həmin binanı məşhur memar Zaha Hadidin dizayn etdiyi bildirilib.

Qeyd edək ki, son iki ay ərzində Beyrut limanında iki güclü yanğın olub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı