İDMAN 2020.05.04 20:45

“Liverpul” məşhur futbolçunu transfer etmək istəyir

47

Bu mövsüm İngiltərə Premyer Liqasında rekordları yeniləyərək azakeşlərin diqqətini cəlb edən “Liverpul” yeni mövsüm üçün heyətini bir qədər də gücləndirməyə çalışır.

Komanda mərkəz müdafiəçsi və hücümçu transfer etmək niyyətindədir.

Xüsusən də “Napoli”nin müdafiəçisi və Seneqal millisinin üzvü Kalidu Kulibali Avropa nəhənglərinin diqqət mərkəzindədir. Onun maraqlanan klublar arasında “Liverpul”un favorit olduğu deyilir. Mersisaydlılar onun keçidinə görə Deyan Lovreni də əks tərəfə göndərə bilərlər. “Liverpul”un funksionerləri arxa xətdə Vircil Van Daykla tandem yaratmaq üçün güclü mərkəz müdafiəçisi kimi məhz Kulibalini görürlər.

Qeyd edək ki, 28 yaşlı futbolçunun transfer qiymətinin 89 milyon funt-sterlinq olduğu deyilir.

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı