ƏSAS SƏHİFƏ

Londonda Beynəlxalq Neft həftəsi başlayıb

99

İngiltərənin paytaxtı Londonda ənənəvi Beynəlxalq Neft Həftəsi başlayıb.

“Report”un verdiyi xəbərə görə, neft həftəsinin açılışında neft və qaz sənayesi üçün gələcəyin müəyyənləşdirilməsi mövzusu müzakirə olunub. Müzakirə çərçivəsində gələcək nəsillər üçün neft və qaz sektorunun ifadə edəcəyi məna, yeni enerji sistemində qazın yerləşdirilməsinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub.

Neft həftəsi çərçivəsində “Dəyişən dünyada yeni enerji erası” , “İqlim dəyişikliyinə qarşı mübarizə üçün atılmalı addımlar”, “Rusiyanın beynəlxalq neft və qaz sektorunda rolu”, “Xəzər dənizi regionunda neft və qaz istehsalının artımı”, “Orta şərqdə enerji sammiti” mövzusunda konfranslar və seminarlar keçiriləcəkdir. Neft həftəsi 26-28 fevral tarixləri arasında davam edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ticarət qolu – “SOCAR Trading” də Beynəlxalq Neft Həftəsində iştirak edir. Beynəlxalq neft həftəsi dünyanın müxtəlif ölkələrindən neft, qaz və enerji sektorunu təmsil edən nümayəndələrim iştirak etdiyi beynəlxalq forumdur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı