ƏSAS SƏHİFƏ

Longyear – planetin ən şimal şəhəri

528

Qərbi Şpiçbergen adasında Longyear və yaxud Longyearbyen adlı kiçik Norveç şəhərciyi yerləşir. Şəhərin adı isə tərcümədə “Uzun il” mənasını verir. Şəhərin adı əbəs yerə belə adlandrılmayıb. Çünki şəhərə gedib çatmaq üçün uzun bir yol qət etmək lazım gəlir və bu şəhər rəsmi olaraq dünyanın ən şimal şəhəri statusuna sahibdir.

Şəhər təqribən 100 il əvvəl, 1906-cı ildə ABŞ-dan olan sahibkar Con Manro Longyear tərəfindən qoyulub. O burada ilk olaraq kömür mədəni açmışdı. 1916-cı ildə isə qəsəbəni Norveç şirkəti Store Norske alır.

Hazırda burada 2000-dən çox insan yaşayır. Buranın iqlimi sərtdir və ən yüksək temperatur 1979-cu ildə qeydə alınmışdı və göstərici müsbət 21,3 dərəcə idi. Ən soyuq göstərici isə 1986-cı ildə mənfi 46,3 dərəcə olaraq qeydə alınıb. Hazırda kömür emal edilməsi şəhərin iqtisadiyyatında bir o qədər də mühüm rola sahib deyil və cəmi 1 mədən fəaliyyət göstərir. Buradan əldə edilən kömürdən isə şəhərin özünün isidilməsi üçün istifadə olunur.

Şəhərdə cəmi 3 otel fəaliyyət göstərsə də, buraya səfər edən turist sayı az deyil.

Bir faktı da qeyd edək ki, şəhər İkinci dünya müharibəsi zamanı tamamilə məhv edilmişdi.  1943-cü ildə şəhər məhv edilsə də, əhali qırğına məruz qalmır. Belə ki, onlar əvvəlcədən Böyük Britaniyaya köçürülmüşdülər və şəhər boş idi. Müharibədən sonra isə şəhər yenidən salınır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı