Lütfi Zadə gələn həftə I Fəxri Xiyabanda dəfn ediləcək

Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi gələn həftə Bakıya gətiriləcək.

Bu barədə Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məlumat verib.

“Cənazə gələn həftə Bakıya göndəriləcək. Hazırda bir az ləngimə var” – deyən Ş.Şahbazovanın sözlərinə görə, Lütfi Zadənin cənazəsi I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Artıq Lütfi Zadənin məzarı qazılıb.

Ş.Şahbazova vurğulayıb ki, dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lent.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here