CƏMİYYƏT 2020.09.17 15:51

“Mədəniyyət sahəsində işləyənlərin maaşı yüksək deyil” – Anar Kərimov

44

“Heç kimə sirr deyil ki, mədəniyyət sahəsində çalışan şəxslərin əməkhaqqı heç də yüksək deyil”.

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, müasir tələblərə uyğun olaraq rəqəmsallaşmaq yanaşması bütün sahə üzrə tətbiq olunmalıdır: “Mədəniyyət sahəsində müəyyən standartlar müəyyən edilməlidir. Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən boşluqlar vardı. Ona görə də standartlaşma bizim yeni bir yanaşmamızdır. Biz beynəxalq təcrübənin yaxşı modellərini istifadə etməliyik”.

A.Kərimov bildirib ki, mədəniyyət sahəsinə özəl sektoru daxil etmək fikrimiz var: “Fransada özəl sektorun mədəniyyət sahəsinə investisiya qoymasının şahidi olmuşam. Bunu ölkəmizdə etmək üçün müəyyən vergi güzəştlərinin edilməsinə ehtiyac var”.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı