ƏSAS SƏHİFƏ

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏLƏRİNİN TUTULMASI İLƏ BAĞLI MÜSAHİBƏ ELAN EDİR

1.3K

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə
• əmək kitabçasının surəti
• ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
• kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əhatə etməlidir)
• 1 ədəd ağ fonda rəngli fotoşəkil ( 3 x 4 sm ölçüdə)
• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi haqqında arayış.
Müsahibədə iştirak etmək üçün ərizələr 16 mart 2015-ci il tarixdən 30 mart 2015-ci il tarixədək saat 09:00-dan 18:00-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək) və yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Insan resurslar şöbəsinə müraciət edilə bilər.
Telefonlar: (012) 598-40-55, 493-02-60
İnternet sayt: www.mct.gov.az

1. Struktur bölmənin adı: Turizm şöbəsi, marketinq sektoru;

İnzibati vəzifə: sektor müdiri;

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84;
İnzibati vəzifənin təsnifatı: 5-cı təsnifat.

Qulluq funksiyaları:

• sektorun fəaliyyətinin təşkil edilməsi;
• marketinq planlarına uyğun turizmin inkişafı üçün təbliğat fəaliyyətinin təşkukil
edilməsi;
• milli və xarici KİV-lərdə və elektron şəbəkələrində Azərbaycanı turizm məkanı kimi tanıtma işinin təşkil edilməsi;
• Azərbaycanda və xarici ölkələrdə keçirilən turizm sərgilərində Azərbaycan milli stendinin təşkili;
• müxtəlif dillərdə reklam-çap məhsullarının hazırlanması;
• xaricdən infoturlar və pres-turların keçirilməsi və.s.

Vəzifənin tutulması şərtləri:
Təhsil: humanitar və sosial, menecment, marketinq ixtisas istiqamətkləri, turizm və sosial-mədəni servis xidməti ixtisası üzrə ali təhsil; və informatika və hesablama texnikası ixtisas istiqamətləri üzrə ali təhsil;
İş stajı: azı 3 il;
Kompyuter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);
Xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə).

2. Struktur bölmənin adı: Hüquq sektoru;
İnzibati vəzifə: böyük məsləhətçi;

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84;
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat.

Qulluq funksiyaları:
• sektorun fəaliyyəti ilə bağlı tapşırılmış sənədlərin, ərizə və şikayətlərin qanuna müvaiq qaydada vaxtında və keyfiyyətli icrasının təmin edilməsi;
• nazirliyin sstrukturuna daxil edilmiş idarə, müəssisə və təşkilatlarda hüquq xidmətinin təşkili təşkili vəziyyəti ilə tanış olunması, onlara hüquqi yardım göstəerilməsi;
• nazirliyin fəaliyyəti ilə bağlı qüvvədə olan normativ hüquqi aktların yenidən işlənməsi, onlara dəyişikliklər edilməsi və tətbiqi qaydaları barədə rəhbərliyə təkliflər verilməsi;
• müxtəlifm qurumlardan dövlət strukturlarından və əhalidən daxil olan ərizə, məktub və müqavilələrə vaxtinda və qanuna müvafiq aydada baxılmasının təmin edilməsi;
• nazirliyin şöbə və sektorları ilə birlikdə yeni normativ hüquqi aktların layihələrinin hazırlanması, müzakirəsi və qəbulunda iştirak edilməsi;
• qüvvədə olan qanunlar barəsində idarə, müəssisə və təşkilatlatın işçilərinə məsləhətlər verilməsi və.s.

Vəzifənin tutulması şərtləri:
Təhsil: hüquqşünaslıq və beynəlxalq hüququ ixtisas istiqamətləri üzrə ali təhsil;
İş stajı: ixtisas üzrə; azı 1 il;
Kompyuter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);
Xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı