ƏSAS SƏHİFƏ

Məlumatın toplanması, tədqiqatda etik dəyərlər/qaydalar və intervyuların necə aparılması üzrə təlim

1.2K

Çikaqo Universiteti (University of Chicago) və Azərbaycan Sosial İş İçtimai Birliyi (AZSİB) məlumatın toplanması, tədqiqatda etik dəyərlər/qaydalar və intervyuların necə aparılması üzrə təlimdə iştirakçılar axtarır. İştirakçıların sosial iş, psixologiya və ya sosiologiya üzrə ən azı bakalavr dərəcsəsi olmalıdır. Təlimlər Azərbaycan dilində olacaqdır. Azərbaycan dilini səlist bilmək tələb olunur.
Təlimin sonunda Çikaqo Universitetinin və AZSİB-in nümayəndələri tərəfindən 4 (dörd) nəfər ailə və uşaqlarla aparılan tədqiqatda iştirak etmək üçün seçiləcəklər.
Təlimlər 3 gün olacaqdır. Təlimlərin iyul ayının 2-ci yarısı başlanması planlaşdırılır. Təlimlər Azərbaycanda, Bakıda olacaqdır. Maraqlananlardan CV-lərini və maraqlarını əks etdirən qısa müşaiət edici məktublarını 2015, iyul ayının 10-na kimi aşağıda verilən e-mail ünvanına göndərilməsi xahiş olunur.
[email protected]
E-mailin Subject hissəsində “Təlimdə İştirak üçün Müraciət” yazmağınızı Sizdən xahiş edirik. TƏLİMDƏ İŞTİRAK ETMƏK ÜÇÜN SEÇİLƏNLƏRƏ İYUL AYININ 11-DƏN SONRA ZƏNG OLUNARAQ TƏLİMƏ DƏVƏT OLUNACAQLAR!!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı