“MƏNİM BAKIM” Qısametrajlı Filmlər Müsabiqəsi

Presto Production – Steps Rəqs Mərkəzi, Gənclərin İncəsənət İctimai Birliyi və İDEALL Psixokonsultasiya Mərkəzi ilə birgə “MƏNİM BAKIM” Qısametrajlı Filmlər Müsabiqəsini elan edir.

Müsabiqənin Şərtləri:
Filmlər Bakı şəhərinin müxtəlif tarixi abidələrinin, qədim İçəri Şəhərin, müasir arxitekturalı bina və tikililərin, küçələrin, coğrafi relyefin, Xəzər dənizinin və ya parkların görüntülərini, eləcə də Bakının gözəlliklərini və insanların yaşayış tərzini özündə tərənnüm edən digər məkanların lentə alınması ilə Bakı şəhərinin müxtəlif yanaşma əsasında tanıtımını həyata keçirməlidir.
Müsabiqədə 16-25 yaşda gənclər iştirak edə bilər.
Filmlər kamera ilə çəkilmiş montaj olunmuş və ya olunmamış şəkildə (amator formatda da) təqdim edilə bilər. Fİlmdə musiqi, danışıq və ya yazılardan istifadə etmək olar.
Filmlər 1-4 dəqiqə arasında ola bilər.
Müsabiqədə iştirak etmək istəyən gənclər müvafiq məlumatları qeyd edib onlayn qeydiyyatdan keçməlidirlər. Onlayn qeydiyyatdan keçdikdən maksimum 2-3 gün sonra sizinlə əlaqə saxlanılacaqdır.
Musabiqə üzrə son qeydiyyat tarixi 15 mart 2015-ci ildir.
Müsabiqədə iştirak edecek filmlərin son təqdim olunma tarixi 30 Mart 2015-ci ildir. Filmə diskə yazılmış şəkildə Presto Şirkətinə təqdim olunmalıdır.

https://docs.google.com/forms/d/1wIOr1kGrxa7hH-vm6Q77JRyZalH2Jj9b31jsiO8tJrg/viewform?c=0&w=1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here