DÜNYA 2020.05.22 19:34

Mənsimovun saxlandığı həbsxanadan ölüm xəbəri gəldi

185

Silivri həbsxanasında bir məhkum koronadan öldü.

Aktual TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Bakırköy Baş prokuroru Silivri cəzaçəkmə müəssisəsində bir məhkumun COVİD-19 virusundan öldüyünü açıqlayıb. Prokurorluğun açıqlamasına görə, həbsxanada koronavirusa yoluxan məhkumların və məhbusların sayı 82-yə yüksəlib.

Bir müddət əvvəl Bakırköy Baş Prokurorluğu Silivri həbsxanasında 44 məhkumda koronavirusun aşkarlanması barədə məlumat yaymışdı. Bildirilirdi ki, test edilən məhkumların ümumi sağlamlıq vəziyyətləri haqqında onların ailələrinə məlumat verilib.

Vurğulamaq lazımdır ki, “Palmali” şirkətinin prezidenti, Azərbaycanlı iş adamı Mübariz Mənsimov uydurma ittihamlarla məhz Silivri həbsxanasında saxlanılır.

Xatırladaq ki, həbs edilmədən qısa müddət əvvəl cərrahi əməliyyat keçirən iş adamının yarası iltihablanıb, bədənində şişkinliklər əmələ gəlib, qaraciyərində problemlər ortaya çıxıb. Buna səbəb isə əməliyyatdan sonra müalicəsinin lazımi səviyyədə aparılmamasıdır. Onun qaldığı şəraitin hər cür infeksiyanın, o cümlədən, koronavirusun yayılmasına uyğun olduğu qeyd edilir. Bildirilir ki, immuniteti zəiflədiyi üçün artıq gəzməkdə də çətinlik çəkir.

Mənsimovun vəkilləri onun səhhəti və həkim nəzarətində olmasının vacibliyi ilə bağlı sənədlər hazırlayaraq aidiyyəti orqanlara təqdim etsələr də, həbs şəraitində heç bir dəyişikliik edilməyib. Qeyd edək ki, Mübariz Mənsimov 29 fevral tarixində cərrahiyyə əməliyyatı keçirib. 15 mart 2020-ci ildə FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılıb. O, 17 martda həbs edilərək Silivri həbsxanasına göndərilib.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı