CƏMİYYƏT 2020.11.26 13:35

Mərkəzi Elmi Kitabxanaya akademik Fuad Əliyevin kitab kolleksiyası daxil olub

78

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK)
AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevin də kitab kolleksiyası daxil olub.
Kolleksiyaya Fuad Əliyevin həmmüəllifliyi ilə çap olunmuş “Azərbaycanın qərb bölgəsinin
faydalı boyaq bitkiləri”, “Azərbaycanın təbii sərvətlərinin bioloji fəal maddələri”, “Bitki
mənşəli təbii boyaqlar”, “Bitkilər müalicə mənbəyidir”, “Gəncəbasarın yabani tərəvəz
bitkiləri”, “Kimya ekologiya və sağlamlıq”, “Тəbii mühit və insan” kitabları ilə yanaşı,
akademikin layihə rəhbərliyi və redaktorluğu ilə dərc edilmiş “Ulu öndər Heydər Əliyevin
rəhbərliyi dövründə Gəncə şəhəri”, “Heydər Əliyev Fondu və Gəncə”, “Gəncə İmamzadə
türbəsi” kitabları, Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş monoqrafiyalar, “Məhsəti
Gəncəvi dövründə sənətkarlıq” kitabı, AMEA Gəncə bölməsinin, Nizami Gəncəvi
Mərkəzinin, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə çap olunmuş nəşrlər, eləcə də
ayrı-ayrı müəlliflərin kitabları daxildir. Akademik Fuad Əliyevin kitab kolleksiyası AMEA-
nın  Rəyasət Heyətində, elmi-sahəvi institutlarında çalışan və ya çalışmış, eyni zamanda, elmi
dünya miqyasında tanıdan, Azərbaycanın digər elmi qurumlarında müxtəlif elm sahələrini
təmsil edən akademiklərin MEK-ə  hədiyyə etdiyi sənədlər, nəşrlərdən ibarət kolleksiyaların
qorunduğu Akademiklər fondunda saxlanılacaq. Hazırda kitabxanada bu qəbildən Yevgeni
Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud
Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.
Xatırladaq ki, regionların inkişaf perspektivlərini təmin edən inteqrasiyalı elmi informasiya
sistemlərinin, elmi-sahəvi biblioqrafik bazaların yaradılması təşəbbüsü ilə çıxış edən MEK
tərəfindən AMEA-nın bölmə və elmi mərkəzlərinə müraciət ünvanlanıb və innovativ
informasiya xidməti servisi paketi təklif edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı