Mərkəzi Nəbatat Bağı Gürcüstanın Batumi Nəbatat Bağı ilə əməkdaşlıq edəcək

Gürcüstanın Batumi Nəbatat Bağının direktoru İrakli Arçae, bu qurumun maliyyə üzrə direktor müavini Levan Abxazova və beynəlxalq əlaqələr üzrə koordinatoru Zurab Maivelidze AMEA-nın Mərkəzi Nəbatat Bağında olublar.

Bağın direktoru, b.ü.f.d. Vahid Fərzəliyevlə görüşən qonaqlara bu müəssisənin elmi tədqiqat istiqamətləri, inkişaf prespektivləri, canlı kolleksiyaların zənginləşdirilməsi üzrə aparılan işlər və kadr hazırlığı barədə məlumat verilib.

Görüşdə iki qurum arasında əməkdaşlığa dair memorandum imzalanıb. 5 il müddətinə nəzərdə tutulan memoranduma əsasən, tərəflər arasında bitki ehtiyatları, bağçılıq və reproduksiyası sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi aparılacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here