DÜNYA 2020.07.12 00:02

Məşhur hind aktyoru Amitabx Baççan da koronavirusa yoluxdu

129

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxub.

O, bu barədə özünə məxsus sosial media hesabında bildirib.

Aktyor artıq xəstəxanaya yerləşdirildiyini qeyd edib:

“COVID-19 testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar. Ailəm və işçilərim yoxlamadan keçib, nəticələri gözləyirlər”.

Aktyor son 10 gündə onunla təmasda olan hər kəsdən koronavirus testindən keçməyi xahiş edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı