ƏSAS SƏHİFƏ

Məşhur rəssam və kinorejissor Şirin Neşatın da iştirak edəcəyi panel müzakirəsi

713

“YARAT Müasir İncəsənət Məkanı” məşhur rəssam və kinorejissor Şirin Neşatın da iştirak edəcəyi panel müzakirəsinin 24 mart tarixində yeni YARAT Mərkəzində keçiriləcəyini böyük məmnuniyyətlə elan edir.

Bu müzakirə Şirin Neşatın müxtəlif ölkələrdə aldığı həm rəsmi, həm də qeyri-rəsmi incəsənət təhsilinin rəssamın təcrübəsinə necə nüfuz etdiyini bilmək üçün yaxşı bir fürsətdir. Bu müzakirədə Şirin Neşatla birgə “YARAT Müasir İncəsənət Məkanı” İctimai Birliyin təsisçisi Aida Mahmudova və YARAT-ın təhsil işi üzrə rəhbəri və Nyu York Muzeyinin “Guggenheim UBS MAP” layihəsinin kuratoru Sara Raza iştirak edəcəklər.

Sessiyaya “YARAT Müasir İncəsənət Mərkəzi”nin kurator-direktoru Suad Qarayeva sədrlik edəcək və onun rəhbərliyi altında kurator gəzintisi də baş tutacaq.

17:30 – Suad Qarayeva tərəfindən kurator gəzintisi
18:30 – Şirin Neşat, Aida Mahmudova və Sara Razanın söhbəti

YARAT Müasir İncəsənət Məkanı
Səbail rayonu, (Milli Bayraq meydanının yaxınlığı), Bakı, Azərbaycan

Giriş sərbəstdir.


YARAT Contemporary Art Space is delighted to announce that a panel discussion involving a famous artist and filmmaker Shirin Neshat will take place on Tuesday 24 March at the new Yarat Centre.

This will be an opportunity to look at how Neshat’s arts education, both formal and informal across geographies has informed the artist’s practice. On this discussion Shirin Neshat will be joined by Aida Mahmudova, the Founder of YARAT Contemporary Art Space and Sara Raza, YARAT’s Head of education and the Guggenheim UBS MAP Curator for the New York Museum .

The session will be chaired by Suad Garayeva, the curatorial director at YARAT Contemporary Art Center who will do a curatorial walk through the exhibition.

17:30 – curatorial walk by Suad Garayeva
18:00 – Talk by Shirin Neshat, Aida Mahmudova and Sara Raza moderated by Suad Garayeva.

YARAT Contemporary Art Space,
Sabail district (near the National Flag square), Baku, Azerbaijan.

Free admission.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı